Yaponiyanın Abiqo şəhərindən olan Yuki Şimizu qonşularına qarşı saxta şikayətlərlə bir il ərzində bir neçə min dəfə polisə zəng edib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, kişi aşağıdakı qonşularının səs-küy salaraq ictimai asayişi pozduğunu iddia edib.
Məlum olub ki, 46 yaşlı kişi il ərzində polisə 4250 dəfə yalandan zəng edib.
Polis əməkdaşları çağırış üzrə gələndə heç bir səs-küy aşkar edilməyib. Qeyd olunur ki, təkcə fevralın 14-də yapon kişi axşam saat 5-dən 9-a kimi qonşularından 14 dəfə şikayət edib.
Bu dəfə Şimizunun şikayət etdiyi mənzildə növbətçi polis əməkdaşları olub, lakin onlar heç bir səs-küy qeydə almayıblar.
Yalançı zənglər edərək hüquq-mühafizə orqanlarının işini pozmağa cəhd edən yaponiyalı həbs edilib.