İndoneziyanın Şimali Maluku əyalətində nəhəng ilan qadını udub.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, 44 yaşlı Yelizavet Yamalau evinin yaxınlığında mal-qaraya nəzarət edirmiş. Bu zaman kolluqlarda gizlənən piton qəfil ona hücum edərək ayağından yapışıb. Daha sonra ilan qadının bədəninə sarılaraq onu boğub.
Həmin günün axşam saatlarında qadının 52 yaşlı əri Benyamin Lanto uzunluğu 7,5-7,8 metr arasında olan pitonu aşkar edib. Bildirilir ki, həmin vaxt qadının cəsədinin bir hissəsi artıq ilanın ağzında olub.
Kişi həyat yoldaşını xilas etməyə çalışsa da, qadının artıq öldüyü məlum olub. Daha sonra yerli sakinlər hadisə yerinə gələrək pitonun ağzından cəsədi çıxarmağa kömək ediblər.
Hadisə ilə bağlı araşdırma aparılır.