Peyvənd bir yana, şpris tapılmır - BMT TƏLAŞDA
29 oktyabr 2021 04:16 (UTC +04:00)

Peyvənd bir yana, şpris tapılmır - BMT TƏLAŞDA

0

Koronavirus əleyhinə vaksinlə bağlı ciddi ləngimənin olduğu Afrikada digər problem ortaya çıxıb. 

APA-nın “Le Matin” saytına istinadla xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrika regional bürosu məlumat yayıb.

Məlumatda göstərilir ki, qitənin cəmi 5 ölkəsi vaksinasiya ilə bağlı hədəflərinə nail olub. Mavritaniya, Mərakeş, Kabo-Verde, Tunis və Seyşel Adaları Respublikası  ilin sonunadək əhalinin yarısını vaksinləməyə nail olacaq. Bu da qitə əhalisinin cəmi 10%-ni təşkil edir. 

Qitədə ciddi tibbi ləvazimat, xüsusən də şpris qıtlığı hiss olunur. UNİSEF-in məlumatına görə gələn il Afrikada 2 milyard ədəd birdəfəlik şprisə tələbat olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 14879

Oxşar yazılar