Pələng uşağı ailəsinin yanında parçalayıb yedi
22 aprel 2025 10:14 (UTC +04:00)

Pələng uşağı ailəsinin yanında parçalayıb yedi

Hindistanda pələng ailəsi ilə birlikdə məbəddən gedən uşağa hücum edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, yeddi yaşlı uşaq atası və nənəsi ilə birlikdə Ranthambore Milli Parkında yerləşən məbədi ziyarət edirmiş. Onlar evə qayıdarkən, qəfildən bir pələng yola çıxıb.

Bu zaman uşaq nənəsinin əlindən tutub. Bir anda yırtıcı uşağın boynunu dişləyib və onu kolların arasına sürükləyib. Hadisə oğlanın atasının gözü qarşısında baş verib.

Uşağın qalıqları daha sonra Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları tərəfindən aşkar edilib. Onları ailəsinə təhvil veriblər.

Bu faciədən sonra hakimiyyət məbədə gedən yolun mühafizəsini gücləndirmək qərarına gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 854

Oxşar yazılar