Hindistanın Uttar-Pradeş ştatının Lakhimpur şəhəri yaxınlığında mal-qara otaran yeniyetməni pələng parçalayıb.
Lent.az Lenta.ru-ya istinadən xəbər verir ki, Suray Sinq adlı 14 yaşlı oğlan axşam saatlarında mal-qaranı otarmağa çıxıb və geri qayıtmayıb.
Daha sonra onun yarı yeyilmiş cəsədi meşədə tapılıb.
Xatırladaq ki, son iki ildə 20 belə hadisə baş verib.
Daduoa Pələng Qoruğunun yaxınlığındakı kəndlər daim qorxu içində yaşayırlar.
Yerli sakinlər hesab edir ki, hakimiyyət problemi həll etmək üçün heç nə etmir.
Eyni zamanda, Meşə Təsərrüfatı Departamentinin nümayəndələri bildiriblər ki, yırtıcı heyvanın axtarışı üçün kamera tələləri və yemləri olan 8 qəfəs quraşdırılıb.