Paşinyan polis rəisinin müavinini İstanbula göndərdi
02 noyabr 2021 01:30 (UTC +04:00)

Paşinyan polis rəisinin müavinini İstanbula göndərdi

0

Ermənistanın Baş Naziri Nikol Paşinyan Polis rəisinin müavinini Ara Fidanyanı İstanbula ezam edib.

APA-nın “Sputnik Armeniya”ya istinadla xəbərinə görə, müvafiq məlumat hüquq-informasiya portalında dərc edilib. 

Fidanyan noyabrın 21-dən 26-dək Türkiyədə olacaq. O, İnterpolun Baş Assambleyasının İstanbulda keçirilən 86-cı sessiyasında iştirak edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1722

Oxşar yazılar