Fransada 4 pornoaktyora qarşı cinayət işi qaldırılıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Paris prokurorluğu 4 pornoaktyora qarşı zorlama ittihamı irəli sürüb. Onlardan üçün barədə həbs qətimkan, biri barədə isə ev dustaqlığı tədbiri seçilib. Proses 22 oktyabrda baş tutsa da, rəsmi xəbər bu gün elan edilib.
Prokurorluqdan bildirilib ki, pornofilm sənayesi ilə bağlı araşdırma yanvardan başlayıb. Faktla bağlı 50 zərərçəkən müəyyən edilib. Saxlanan şəxslərə qarşı zorlama, fahişəliyə cəlb etmə, insan alveri və vergidən yayınma ittihamları irəli sürülüb.