Avstraliyada qeyri-adi bir hadisə yaşanıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Qvinsland əyalətində ölmək üzrə olan 74 yaşlı şxəsin son istəyini təcili tibbi yardım əməkdaşları yerinə yetirib.
Sosial mediada yayılan görüntülərdə xərəkdə yatan xəstənin sahil kənarına gətirildiyi əks olunub.
Adı açıqlanmayan şəxs son olaraq okeanı görmək istəyib. Daha sonra o, istəyini yetirən əməkdaşlara təşəkkür edib.