Netanyahu söz verdi - Fələstin dövləti olmayacaq
12 sentyabr 2025 03:11 (UTC +04:00)

Netanyahu söz verdi - Fələstin dövləti olmayacaq

0

İsrailin baş naziri Benyamin Netanyahu İordan çayının qərb sahilinin E-1 bölgəsində məskunlaşanlar üçün minlərlə mənzil tikmək planlarını təsdiqləyib.

Lent.az xəbər verir ki, o bu haqda Yerusəlimdən bir neçə kilometr aralıda yerləşən Maale Adumim şəhərində keçirilən mərasimdə danışıb.

Eyni zamanda o, İsrailin bu torpağı özününkü hesab etdiyini və ayrıca Fələstin dövlətinin yaradılmasına imkan verməyəcəyini açıqlayıb.

"Maale Adumimdə biz öz vizyonumuzu həyata keçiririk. Ona görə də bu gün çox mühüm gündür. Maale Adumim şəhəri iki dəfə böyüyəcək. Beş il ərzində burada 70 min insan yaşayacaq. Bu, böyük dəyişiklikdir", - deyə o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 186

Oxşar yazılar