Aleksandr Novak
08 mart 2022 01:26 (UTC +04:00)

Aleksandr Novak

Neftin bareli 300 dolları keçə bilər - İDDİA

Rus neftindən imtina dünya iqtisadiyyatı üçün fəlakətli nəticələrə səbəb ola bilər.

Lent.az-ın məlumatına görə, bunu Rusiyanın Baş nazirin müavini Aleksandr Novak deyib. 

Novak əlavə edib ki,  Rusiya neftindən imtinaya görə xam neftin 1 barelinin qiyməti 300 dolları keçə bilər. Avropa bazarında Rusiya neftini tezliklə əvəzləmək mümkün deyil. Bunun üçün azı 1 il tələb olunur. Rusiya neftinə qadağa yanacağın qiymətində sıçrayışa səbəb ola bilər. 

Novak əlavə edib ki, Avropanın neftinin 30%-ni, başqa sözlə 150 milyon tonunu Rusiya təchiz edir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1822

Oxşar yazılar