Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov ölkədə "xalq xoşbəxtliyi" ilə bağlı tamaşaların azlığına və teatr sahəsinin ümumi tənəzzülünə görə mədəniyyət naziri Atagəldi Şamıradova danlayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, onun sözlərinə görə, ölkənin mədəni sahəsindəki durğunluğun səbəbi uşaq incəsənət məktəbləri və incəsənət müəssisələrinin işinin zəif təşkil edilməsidir.
Nazirə bütün tədris proqramlarını nəzərdən keçirib yenilərini hazırlamağı tapşırıb.
“Dövlətimizin daimi bitərəfliyinin 25-ci ildönümünü qeyd edirik, lakin heç bir əhəmiyyətli mədəni tədbir təşkil olunmayıb”, - Berdımuhəmmədov deyib.
Prezident teatrların və ölkənin digər mədəniyyət müəssisələrinin əsərlərində dövlətin uğurlarını tərifləmələrini və qısa səhnə əsərləri hazırlamağı vurğulayıb.
O, əlavə edib ki, nəticədə ölkədə teatr yönümünün və “yaradılan əsərlərin sənətkarlığının” ümumi səviyyəsinin aşağı düşdüyünü də əlavə edib.