Müsəlman zəvvarlara hücum edildi: 22 ölü, 14 yaralı
14 avqust 2021 20:21 (UTC +04:00)

Müsəlman zəvvarlara hücum edildi: 22 ölü, 14 yaralı

Nigeriyanın Yayla əyalətində dini xadimlərini daşıyan beş avtobusdan ibarət avtomobil karvanına hücum edilib.

APA xəbər verir ki, bu barədə AFP-ə bölgə polisinin əməkdaşı Ubah Oqaba məlumat verib.

Polis bildirib ki, hücum zamanı avtobuslarda olan müsəlman zəvvarlardan 22 nəfəri ölüb, 14 nəfəri yaralanıb. 

 “Premium Times Nigeria” qəzetinin məlumatına görə, əvvəlcədən zəvvarların keçəcəyi yolda pusqu qurulub. 

Hücumun motivləri barədə hələlik məlumat verilməyib.

Qeyd edilib ki, avtobusda Nigeriyanın tanınmış din xadimi Dahiri Bauçinin ardıcılları da olub. 

Səlahiyyətlilərin açıqlamasında görə, hücumda şübhəli bilinən 12 nəfəri saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3210
avatar

Oxşar yazılar