Qərbin xüsusi xidmət orqanları hesab edir ki, Moskva və Tehran birgə PUA istehsalı ilə bağlı razılığa gəlib.
Lent.az-ın xəbərinə görə, bu barədə The Washington Post məlumat yayıb.
Qəzetin yazdığına görə müvafiq razılıq noyabrın əvvəlində Tehranda keçirilən ikitərəfli görüşdəəldə edilib. Rusiya Təhlükəsizlik Şurasının baş katibi Nikolay Patruşevin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 9-da Tehranda səfədə olub.