Misirdə yaşayış binası çökdü, ölənlər var
27 mart 2021 10:06 (UTC +04:00)

Misirdə yaşayış binası çökdü, ölənlər var

Qahirənin şərqindəki 10 mərtəbəli yaşayış binasının çökməsi nəticəsində ən azı 3 nəfər həlak olub. 

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə səbəbindən yaralanan 23 nəfər xəstəxanalara yerləşdirilib. 

Hadisə Misir paytaxtının Omar bin əl-Xəttab rayonunda, Omar bin metro stansiyası yaxınlığında qeydə alınıb. Xilasedicilər hazırda dağıntı altında qalanların axtarışını davam etdirirlər. 

Binanın çökməsinin səbəbi hələ ki açıqlanmır. 

# 1023
avatar

Oxşar yazılar