Belarus və Polşa sərhədində miqrant koloniyası başqa dövlətin ərazisinə soxulmağa çalışır. Onlar həm də sərhəd hasarını dağıtmağa çalışırlar.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Polşanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Antiterror bölmələri sərhədə göndərilib. Polşa ərazi müdafiə qüvvələrinin sözçüsü, polkovnik Marek Petrzak vəziyyətlə bağlı açıqlama verib.
“Biz minlərlə insanı Polşa sərhədinə gətirən Belarus tərəfinin təcavüzkar hərəkətlərinə cavab olaraq qüvvələrimizin döyüş hazırlığını artırırıq”, - o, vurğulayıb.