Məşhur tibb jurnalı "CoronaVac" peyvəndindən yazıb: "Tam təhlükəsizdir"
10 fevral 2021 23:09 (UTC +04:00)

Məşhur tibb jurnalı "CoronaVac" peyvəndindən yazıb: "Tam təhlükəsizdir"

Dünyanın nüfuzlu elm-tədqiqat jurnalı olan “The Lancet” COVID-19 infeksiyasına qarşı hazırlanmış “CoronaVac” peyvəndinin təhlilinə həsr olunmuş araşdırma dərc edib.

APA-nın jurnala istinadən verdiyi xəbərə görə, xəstələnmə və ölüm hallarının daha çox müşahidə edildiyi yaşlılar arasında təcili olaraq COVID-19-a qarşı peyvəndləşmənin aparılmasına ehtiyac var.

COVID-19 infeksiyasına qarşı 60 yaş və daha yuxarı yaş qrupu insanlarda aparılmış və müşahidəsi davam edən “CoronaVac” vaksinasiya sınaqlarının nəticələri uğurlu olub.

Elmi tədqiqatda təsirsiz hala gətirilmiş SARS-CoV-2-dən hazırlanmış “CoronaVac” peyvəndinin 60 və daha yuxarı yaş qrupu insanlarda təhlükəsizliyi və immunogenliyinin qiymətləndirilməsi hədəfi qarşıya qoyulub. 18-59 yaş qrupu arasında uğurla tamamlanmış sınaqlardan sonra tədqiqata 60 yaş və yuxarı sağlam yaşlılar cəlb edilib.

28 gün ərzində 72 və daha sonra 350 nəfər arasında aparılan təsadüfi, yarım fazalı, plasebo-nəzarətli klinik tədqiqatın nəticəsində peyvəndin 20 faiz şəxsdə yüngül və orta dərəcəli əks təsirləri müşahidə edilib. Əks göstərişlər, həmçinin plasebo qəbul etmiş qruplarda da qeydə alınıb.

Mərhələli şəkildə aparılan sınqalarda 7 gün təhlükəsizlik müşahidəsindən sonra növbəti qrupa təsadüfi seçim əsasında olaraq 1.5, 3 və 6 μg (mikroqram) peyvənd və ya plasebo tətbiq edilib. Sınaqda əsas hədəflərdən biri də vaksin dozaları ilə plasebo arasında fərqin müşahidə edilməsi ilə əlaqədar olub.

Qəydə alınmış bütün əks təsirlər yüngül və orta səviyyəli olub və bu təsirlərin 39 faizi yalnız inyeksiya edilən nahiyədə ağrı ilə məhdudlaşıb. Digər əks təsirlər isə baş ağrısı, temperatur yüksəlməsi, diareya, əzələ ağrısı və s. olub. Əvvəlcə ağır hal kimi qiymətləndirilmiş 8 nümunənin isə ümumiyyətlə vaksinasiyaya və ya tətbiq edilən plaseboya aidiyyəti olmayıb.

Gəlinən nəticəyə əsasən, vaksinin effektivliyi 95% inam intervalında olub və “CoronaVac” yaşlılar arasında tam təhlükəsizdir. Plasebo qrupunda isə anticisim müşahidə ediməyib. Hazırda vaksinasiyası aparılmış şəxslərə nəzarət davam edir.

Qeyd edək ki, pandemiyanın nəzarətdə saxlanılması və COVID-19 xəstələrinin sayının azalması üçün təcili olaraq təhlükəsiz vaksinlərin tətbiqinə ehtiyac var. Yaşlı insanlarda immun sisteminin zəifliyinə görə COVID-19 peyvəndlərinin sınağının aparılması vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1023
avatar

Oxşar yazılar