Birləşmiş Krallığın Baş naziri Rişa Sunakın pişiyi Larri xəstələnib.
Lent.az xəbər verir ki, bu barədə "The Sun" mənbələrə istinadən xəbər verir.
Nəşr vurğulayır ki, hökumət rəsmiləri hazırda təcili əlaqə planı üzərində işləyirlər. Bu, pişiyin öldüyü təqdirdə xəbəri necə çatdırılmalı olmasına qərar vermək üçün lazımdır.
Nəşrin məlumatına görə, bu barədə sosial şəbəkələrdə rəsmi mesajda elan veriləcək.
Nəşrin mənbəyi iddia edir ki, pişik yalnız Dauninq küçəsində deyil, bütün ölkədə çox sevilir.
Əlavə olunub ki,"heç kim ən pisini düşünmək istəmir, amma təəssüf ki, buna hazırlaşmalıyıq."
Nəşr vurğulayır ki, pişik Larrinin 16 yaşı var, O, 2011-ci ildə David Kameronun rəhbərliyi zamanı hökümət binasında qalıb.