Məşhur aktrisadan  ETİRAF :  "İlk sevişmə səhnəsində ağladım" -  FOTO
17 fevral 2021 15:41 (UTC +04:00)

Məşhur aktrisadan ETİRAF : "İlk sevişmə səhnəsində ağladım" - FOTO

Meksikalı aktrisa Salma Hayek 1995-ci ildə çəkilən “Desperado” filmindəki bir səhnə barədə yerli KİV-ə açıqlama verib.

Lent.az xarici mediaya istinadla bildirir ki, aktrisa həmin kinoda baş rolları paylaşdığı Antonio Banderas ilə sevişmə səhnəsində ağladığını deyib. 54 yaşlı dünya ulduzu buna səbəb kimi, əvvəllər heç kəsin qarşısında bu vəziyyətdə olmadığını əsas gətirib:

“Həmin səhnədən öncə heç vaxt belə bir çəkilişdə olmamışdım. Ona görə də səhnədən öncə ağladım. Kinodakı tərəfdaşım tam bir centlmen idi, mənə qarşı pis davranmadı. Atamı və qardaşımı düşündüm. Həmin səhnəni onlar da izləyəcəkdi. "Görəsən, sonra kimlərsə onlara lağ etməyəcək ki", - deyə, düşündüm. Kişilər üçün seks səhnəsində qəbahət yoxdur. Ataları həmin səhnəni izləyəndə "bu da mənim oğlumdur" deyəcəklər. Ancaq sonradan həmin səhnəni atama və qardaşıma göstərmişdim”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2640
avatar

Oxşar yazılar