Meksikada təyyarə qəzası: ölənlər var
22 fevral 2021 04:01 (UTC +04:00)

Meksikada təyyarə qəzası: ölənlər var

0

Meksikanın Hərbi Hava Qüvvələrinə məxsus “Learjet” markalı təyyarə qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə “El Universal” nəşri polisə istinadən məlumat yayıb.

Veracruz əyalətinin Xalapa şəhəri yaxınlığında baş verən hadisə nəticəsində 7 nəfər həlak olub.

Hadisə yerinə xilasedicilər və dövlət rəsmiləri cəlb edilib. Hələlik Müdafiə Nazirliyi hadisə ilə bağlı açıqlama verməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1629

Oxşar yazılar