Türkiyənin İzmir vilayətində Məhəmməd peyğəmbəri təhqir edən bələdiyyə sədri 7.5 aylıq həbs olunub.
Lent.az-ın yerli KİV-ə istinadla verdiyi xəbərə görə, şəhərin Kamalpaşa qəsəbəsinin Cümhuriyyət Xalq Partiyasından olan bələdiyyə sədri Rıdvan Karakayalının İslam peyğəmbərinə sosial şəbəkədə təhqir yazdığı bildirilir.
Sədrin paylaşımında, “Biz plovu əli ilə yeyən, dəvə sidiyi içən, qadınları aşağılayan ərəb ümməti deyilik” ifadələri yer almışdı. Bu paylaşımdan sonra sosial şəbəkədə Karakayalıya qarşı sərt təpkilər olub və məhkəməyə verilib.