Mars planetində bu onilliyin sonlarında artıq insanların daimi yaşaması mümkün olacaq, əhalisi milyon nəfər olan şəhər isə 2100-cü ildə yarana bilər.
Lent.az-ın məlumatına görə, bunu ABŞ Mars Cəmiyyətinin prezidenti, mühəndis Robert Zubrin bildirib.
“SpaceX” şirkətinin rəhbəri İlon Maskın 2026-cı ildə Marsa uçuşlara başlamaq planına toxunan R. Zubrinin hesab edir ki, Marsa uçuşlar 2030-cu ilədək mümkün olacaq. Buna qədər “Starship” yük gəmilərini göndərmək və bazanın avtomatlaşdırılmış tikintisinə başlamaq olar.