Lotereyadan milyonlar uddu,  xəstəxanaya düşdü
09 oktyabr 2025 11:59 (UTC +04:00)

Lotereyadan milyonlar uddu, xəstəxanaya düşdü

0

Böyük Britaniyada Adam Lopes lotereyada bir milyon funt sterlinq (təxminən 2 milyon manat) udub və xəstəxanaya düşüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, 39 yaşlı Lopes iyul ayında uduşlu biletini əldə edib. O, həmin vaxt beş lotereya bileti alıb və onlardan biri qalib gəlib.

Lopes etiraf edir ki, böyük uduş onun başını gicəlləndirib. O işindən çıxıb, pulun bir hissəsini yaxınlarına paylayıb, qalan hissəsini isə ardıcıl keçirdiyi şənliyə və əyləncələrə xərcləyib. Nəticədə bu həyat tərzi onu xəstəxanaya salıb.

Onun sözlərinə görə, bir səhər oyananda nə yeriyə, nə də normal nəfəs ala bilib. O, təcili yardımı çağırmalı olub. Xəstəxanada həkimlər onun ağciyərlərində tromb əmələ gəldiyini müəyyənləşdiriblər.

Kişi etiraf edib ki, yalnız o an yeni həyat tərzinin əsl qiymətini dərk edib:

“Uduş mənə heç vaxt yaşamadığım bir həyatı yaşamaq imkanı verdi. Amma düşünürəm ki, mən səhv yola düşmüşdüm”.

Səkkiz gün sonra Lopes xəstəxanadan buraxılıb. O deyib ki, xəstəxanada keçirdiyi müddət onun üçün sanki “ayağa qalxmağa bir təkan” olub. İndi o, həyat tərzinə daha ciddi və diqqətli yanaşmağı planlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 616

Oxşar yazılar