Londonda etirazçılar İran səfirliyinin binasında bayrağı dəyişdilər - VİDEO
10 yanvar 2026 22:11 (UTC +04:00)

Londonda etirazçılar İran səfirliyinin binasında bayrağı dəyişdilər - VİDEO

1

 Londonda İran İslam Respublikasının səfirliyinin binasında etiraz aksiyası zamanı naməlum şəxs diplomatik nümayəndəliyin eyvanına çıxaraq ölkənin bayrağını şah dövrünün bayrağı ilə əvəzləyib.

Lent.az xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə yerində polis əməkdaşları var.

Asayişin pozulmasının qarşısını almaq məqsədilə əlavə polis qüvvələri də əraziyə cəlb olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1773

Oxşar yazılar