Küçədə asqırdığı üçün bıçaqlandı -  FOTO
08 iyul 2021 19:11 (UTC +04:00)

Küçədə asqırdığı üçün bıçaqlandı - FOTO

Türkiyənin Tekirdağ vilayətində qəribə bıçaqlanma hadisəsi olub.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, 60 yaşlı Mehmet D R.K. adlı satıcının yanından keçərkən asqırıb. Bundan sonra satıcı Mehmet.D.nın maska taxmadığı halda asqırdığı üçün “Niyə maska taxmırsan? Virus var, niyə bu şəkildə asqırdın?” deyərək təpki göstərib.

Mübahisədən sonra R.K. Mehmet D.nı bıçaqlayaraq hadisə yerindən qaçıb. Dərhal əraziyə polis əməkdaşları cəlb olunub.

Zərərçəkmiş xəstəxanaya yerləşdirilib, hadisəni törədən isə polis tərəfindən saxlanılıb.

Türkiyədə bıçaqlanma hadisəsi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1596
avatar

Mehman Nəbiyev

Oxşar yazılar