Kosmosa uçdu, dünyanın ən varlı adamı  TİTULUNU İTİRDİ
01 avqust 2021 07:12 (UTC +04:00)

Kosmosa uçdu, dünyanın ən varlı adamı TİTULUNU İTİRDİ

Amerikalı biznesmen, “Amazon” şirkətinin yaradıcısı Ceff Bezos dünyanın ən varlı adamı titulunu itirib. 

Lent.az xrici mediaya istinadla xəbər verir ki, şirkətin qiymətli kağızlarının dəyərinin düşməsi fonunda sahibkar 14 milyard dollar kasıblaşıb.

Sahibkarın sərvəti 192,4 milyard dollar olaraq qiymətləndirilir ki, bu da o deməkdir ki, bir ay ərzində aktivlərinin ümumi dəyərinin təxminən 13,9 milyard dollarını itirib.

Birinci sıraya Louis Vuitton Moët Hennessy (LVMH) şirkətinin sahibi Bernar Arno çıxıb. Onun varidatı 192, 9 milyard dollar qiymətləndirilir.

Üçüncü sırada 179,4 milyard dollarla “Tesla” və “Spacex”in yaradıcısı İlon Maskdır.  

Qeyd edək ki, Bezos yaxınlarda qardaşı ilə kosmosa uçub. Uçuş 11 dəqiqə çəkib.

# 1893
avatar

Oxşar yazılar