"Taliban" radikal hərəkatının yaraqlıları Əfqanıstanın paytaxtı Kabildə prezident sarayına girib.
Lent.az bildirir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı Əfqanıstan mətbuatına istinadən xəbər verir.
Öz növbəsində hərəkatının sözçüsü Zabiullah Mücahid "Tolo News" telekanalının efirində bildirib ki, "Taliban" Kabilə daxil olmaq üçün müraciət alıb, şəhərdəki təhlükəsizlik vəziyyətini nəzarət altında saxlayacaqlar.
***
Saat 19:39
"Taliban" sülh yolu ilə Kabilə girib.
Lent.az bildirir ki, bu barədə "CNN" telekanalı məlumat yayıb.