Keçmiş xarici işlər naziri  edam edilib
04 yanvar 2023 19:42 (UTC +04:00)

Keçmiş xarici işlər naziri edam edilib

Şimali Koreyanın keçmiş xarici işlər naziri Li Yen Ho və digər dörd və ya beş Şimali Koreya diplomatı 2022-ci ilin yayında və ya payızında edam edilib. 

Lent.az bildirir ki, bu barədə Yaponiyanın “Yomiuri” qəzetinin jurnalistləri məlumat verib. Onların iddiası onlarla məlumatlı həmsöhbətin məlumatlarına əsaslanır.

Mənbələr etiraf edirlər ki, KXDR-in Böyük Britaniyadakı səfirliyinin işindəki bəzi “problem” diplomatların edam edilməsinə səbəb ola bilərdi - bütün ölənlər müxtəlif vaxtlarda orada işləyirdilər.

Li Yen Ho 2016-2020-ci illərdə səfirliyin rəhbəri vəzifəsində çalışıb. Həmsöhbətlərdən biri qəzetə bildirib ki, Şimali Koreya hakimiyyəti xaricdəki nümayəndələrinə nəzarəti artırmağa başlayıb. Edam edilən məmurlara yaxın olan bir sıra diplomatlar da onların “təmizlənəcəyindən” qorxurlar.

Şimali Koreyanın Böyük Britaniyadakı səfiri kimi Li Yen Ho nüvə proqramı ilə bağlı altıtərəfli danışıqlarda ölkəsini təmsil edib. “Yonhup”un məlumatına görə, o, Xarici İşlər Nazirliyində olarkən Şimali Koreya lideri Kim Çen In və ABŞ-ın keçmiş prezidenti Donald Tramp arasında 2018 və 2019-cu illərdə keçiriləcək sammitlərin təşkilində də “əsas rol oynayıb”. Li Yen Ho 2020-ci ildə xarici işlər naziri vəzifəsindən məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2181
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35