Keçmiş prezident koronavirusa görə iş axtarır –  "Elektrik işləməyə hazıram"
01 fevral 2021 18:01 (UTC +04:00)

Keçmiş prezident koronavirusa görə iş axtarır – "Elektrik işləməyə hazıram"

Polşanın keçmiş prezidenti və Nobel mükafatı laureatı Lex Valensa koronavirus pandemiyası səbəbindən əlavə iş axtarmağa başlayıb.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, o, elektrik işləyəcəyini istisna etməyib.

“Om qanunu (Elektrik dövrəsindəki naqildə gərginlik, cərəyan şiddəti və müqavimət arasında münasibəti müəyyən edir), Kirchhoff qanunlarını (bu qanunlar enerjinin qorunma qanununa əsaslanır və elektrik dövrələrinə xas olan dəyişənləri təhlil etməyə imkan verir) və digər bəzi şeyləri hələ də xatırlayıram. Amma lənətə gəlsin, hər şey dəyişdi və bu maşınların indi məni öldürüb- öldürməyəcəyini bilmirəm”, - ixtisasca elektrik olan Valensa söyləyib.

77 yaşlı siyasətçi, öz təbirincə desək, əlavə qazanc tapa bilmir - arvadı ailəsinin aldığı puldan çox pul xərcləyir. Təqaüdə çıxdıqdan sonra hər ay təqribən 1,6 min dollar olan 6 min zlotı alır. Polşada orta əmək haqqı 4.9 min zlotdır.

Keçən ilin sonunda Valensa yoxsulluğu barədə mətbuata açıqlama verərək "sədəqə üçün dilənməyə getməyə hazırlaşdığını" söyləyib.

Valensa 1980-ci illərdə “Həmrəylik” həmkarlar ittifaqını qurub. 1983-cü ildə Nobel Sülh Mükafatını alıb və Polşaya 1990-1995-ci illərdə rəhbərlik edib. Pandemiyadan əvvəl Valesa dünyanın müxtəlif universitetlərində pullu mühazirələr oxuyurdu.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1863
avatar

Oxşar yazılar