Peruda fəaliyyət göstərən vəkil Zoom proqramını açıq qoyaraq müvəkkili ilə eşq yaşayıb.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, Hector Paredes Robles adlı vəkil pandemiya səbəbi ilə onlayn qatıldığı məhkəmə prossesindən sonra kamerasını bağlamağı unudub. Həmin an prossesdə iştirak edən digər şəxslər vəkilin sevgilisi ilə necə eşq yaşadığını canlı izləyiblər.
Adı açıqlanmayan qadının vəkilin müvəkkili olduğu məlum olub.
Görüntülərdəki şəxsin vəkil Robles olduğu təsdiqlənəndən sonra hakim Torres onun mühakimə olunmasını tələb edib.