İtlərlə yaşayan  8 yaşlı uşaq: Danışmır,  hürür -  VİDEO
10 iyul 2025 19:07 (UTC +04:00)

İtlərlə yaşayan 8 yaşlı uşaq: Danışmır, hürür - VİDEO

Tailandın şimalında açıq-aşkar cinayət hadisəsinin üstü açılıb. Uttaradit əyalətində 8 yaşlı uşağın ailənin 6 iti ilə birlikdə çirkli daxmada yaşadığı məlum olub. 

Lent.az xarici mediaya istinadla bildirir ki, oğlan insan dilində danışa bilmir, ünsiyyət qurmaq üçün yalnız hürməkdən istifadə edir.

Məlumaat görə, uşağın anası narkotik aludəçisi olduğu üçün onu demək olar ki, hər zaman tək qoyub.

Picture background

Uşaq polis reydindən sonra aşkarlanıb. Əməliyyat Təhsil Nazirliyi ilə birgə keçirilib. Səbəb ciddi baxımsızlıq hadisəsi barədə məlumat verən yerli məktəb direktorunun şikayəti olub.

Axtarış zamanı oğlanın 46 yaşlı anası və 23 yaşlı qardaşı saxlanılıb. Onların hər ikisi narkotik üçün yoxlanılıb. Test nəticələri müsbət olub.

Məlum olub ki, uşaq heç vaxt məktəbə getməyib. Cəmi bir dəfə anası onu məktəbə aparıb – o da yalnız dövlət təhsil müavinətini almaq üçün.

Picture background

İctimai fəal Puvina Honqsakul deyib ki, uşağın başqa insanlarla ümumiyyətlə əlaqəsi olmayıb. O, bütün vaxtını ailənin 6 iti ilə keçirib. Onların vərdişlərini mənimsəyib və yalnız hürməklə ünsiyyət qura bilir.

Qonşular bu faktları təsdiqləyiblər. Onların sözlərinə görə, ana yerli məbəddə tez-tez sədəqə dilənirmiş. Kənddəki digər ailələr də uşaqlarına oğlanla oynamağı qadağan ediblər.

Uşaq tapılandan sonra səlahiyyətlilər onu müalicə və daimi nəzarət üçün dərhal uşaq evinə köçürüblər.

Puvina əlavə edib ki, uşağı lazım olan hər şeylə təmin edəcəklər və gələcək həyatını da izləyəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2122

Oxşar yazılar