İsveçrə kurortunda kimyəvi maddədən 6 NƏFƏR ZƏHƏRLƏNDİ
03 avqust 2021 04:15 (UTC +04:00)

İsveçrə kurortunda kimyəvi maddədən 6 NƏFƏR ZƏHƏRLƏNDİ

İsveçrənin Loykerbad dağlıq kurort zonasının “Alpenterm” istilik mərkəzində kimyəvi maddənin sızması 6 nəfərin zəhərlənməsinə səbəb olub.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Zəhərlənən şəxslər Son və Vej şəhərindəki xəstəxanaya çatdırılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları, xilasedicilər və kimyaçı mütəxəssislər hadisə yerinə cəlb edilib. İlkin məlumata görə, hadisə suyun təmizlənməsi və dezinfeksiya edilməsi üçün istifadə olunan “natrium hipoklorit”in aşındırıcı maddəsinin sızması nəticəsində baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1206
avatar

Oxşar yazılar