Brüsseldən İrəvana uçan təyyarə ildırım vurduqdan sonra Belçika paytaxtına qayıtmağa məcbur olub.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, 180 sərnişini daşıyan A-320 təyyarəsi Brüsseldən yerli vaxtla saat 13:55-də 45 dəqiqə gecikmə ilə havaya qalxıb.
Təxminən 22,500 yüksəklikdə, Lüksemburq ərazisi üzərində, təyyarəni ildırım vurub. Pilotlar dərhal Brüsselə qayıtmaq qərarına gəliblər.
Uçuş 24 saat təxirə salınıb, sərnişinlər hava limanına yaxın otellərdə yerləşdirilib.