Yerevanda baş verən zəlzələ nəticəsində bəzi bina və tikililərə ziyan dəyib, qismən dağıntılar var.
Lent.az "sputnikarmenia"ya istinadən xəbər verir ki, hadisə zamanı “Petak” topdan satış ticarət mərkəzi daha çox ziyan dəyən tikililərdəndir. Ticarət obyektində olan çıl-çıraqlar sınıb, divarlarda çatlar əmələ gəlib. Binaya giriş qadağan edilib.
***
16:29
İrəvanda 4,7 bal gücündə zəlzələ baş verib.
APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, hadisə bu gün saat 15:29-da qeydə alınıb.
Zəlzələnin episentri İrəvanın 8 km cənub-şərqində, 10 km dərinlikdə olub.
Episentrdə zəlzələnin gücü 6-7 bal təşkil edib.
Araqatsotn, Ararat, Şirak, Armavir və Vayots Dzorda isə zəlzələ 3-4 bal gücündə olub.