İranşəhr şəhərinin Xeyrabad kəndi yaxınlığında silahlı qarşıdurma baş verib.
Lent.az “Mouze” teleqram kanalına istinadən bildirir ki, silahlı toqquşmada bir polis zabiti həlak olub, daha üç zabit yaralanıb.
Məlumata görə, silahlı qarşıdurma oktyabrın 31-də əyalətin İranşəhr şəhərinin Xeyrabad kəndi yaxınlığında meydana gəlib.
Öldürülən polisin xüsusi təyinatlı qüvvələrin zabiti Mohsen Rzayi olduğu bildirilib.