İranın Qəzvin əyalətində baş verən daşqınlar nəticəsində azı 3 nəfər ölüb, 2 nəfər yaralanıb.
APA IRIB-ə istinadən xəbər verir ki, hadisə əyalətin Avaj bölgəsində baş verib.
Daşqınlara intensiv davam edən güclü yağış səbəb olub.
Yağışın 30-45 dəqiqə davam etdiyi qeyd olunur. Təxminən 36 mm yağıntı düşüb. Bu, ölkədə bütün yaz dövrü düşən yağışın miqdarına bərabərdir.