İran rəsmisi TƏSDİQLƏDİ:  Müctəba Xamenei yaralanıb,  amma... -  YENİLƏNİB
11 mart 2026 19:41 (UTC +04:00)

İran rəsmisi TƏSDİQLƏDİ: Müctəba Xamenei yaralanıb, amma... - YENİLƏNİB

0

"Müctəba Xamenei ABŞ və İsrailin bombardmanının ilk günündə ayağını sındırıb və digər yüngül xəsarətlər alıb".

Lent.az bildirir ki, bu barədə CNN bir mənbəyə istinadən məlumat verib.

***

19:29

ABŞ-İsrail-İran münaqişəsi davam edərkən İranın yeni dini lideri Müctəba Xameneiyə hücum edildiyi iddia edilir. 

Lentr.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu iddiadan sonra bir İran rəsmisi bildirib ki, "Yeni dini lider Müctəba Xamenei yüngül xəsarətlər alıb, lakin vəzifələrini yerinə yetirməyə davam edir".

ABŞ, İsrail və İran arasında davam edən münaqişə 12-ci gününə qədəm qoyarkən, ABŞ mətbuatında diqqət çəkən bir iddia ortaya atılıb. Məlumata görə, İranın yeni lideri Müctəba Xameneinin ABŞ-ın İrana ilk hücumları zamanı ağır yaralandığı və ya hətta öldüyü irəli sürülüb.

Sensasiyaya səbəb olan bu iddialardan sonra İran rəsmisi “Reuters” agentliyinə bildirib ki, İranın yeni ali lideri Müctəba Xamenei hücumlarda yüngül xəsarət alıb. Xameneinin səhhətinin yaxşı olduğu və vəzifələrini yerinə yetirməyə davam etdiyi bildirilib.

İranın yeni dini lideri Müctəba Xamenei davam edən müharibədə bir çox yaxın ailə üzvünü itirib. Hücumlarda atası Ayətullah Əli Xamenei də daxil olmaqla, onun çoxsaylı ailə üzvlərinin öldüyü bildirilir.

Müctəba Xameneinin həyat yoldaşı Zəhra Həddad Adel də hücumlarda həyatını itirib. Həmçinin, Xameneinin oğullarından birinin ailəni hədəf alan hücumlarda öldüyü bildirilib.

Müharibə zamanı Xamenei ailəsinin digər üzvləri də itki verib. Hücumlarda həlak olanlar arasında Müctaba Xameneinin bacısı, qayını və bəzi digər qohumları da olub. Həmçinin bildirilib ki, Əli Xameneinin bəzi nəvələri hücumlarda həlak olub.

Müctəba Xamenei İranın ali lideri Ayətullah Əli Xameneinin ikinci oğludur və uzun müddətdir İran siyasətinin ən nüfuzlu şəxslərindən biri hesab olunur. 1969-cu ildə İranın Məşhəd şəhərində anadan olan Xamenei dini təhsilini Qum şəhərindəki seminariyalarda alıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 484

Oxşar yazılar