İranın raket və pilotsuz uçuş aparatları ilə Küveyt Beynəlxalq Hava Limanına həyata keçirdiyi hücum nəticəsində bir nəfər ölüb.
Lent.az xəbər verir ki, bu barədə Küveyt Xarici İşlər Nazirliyi məlumat yayıb.
***
10:36
Küveyt hava limanı İranın hücumundan sonra fəaliyyətini müvəqqəti dayandırıb, sərnişin terminalında zədələnmələr qeydə alınıb.
Lent.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Saud əl-Atvan bildirib ki, dronlar birinci terminaldakı sərnişin zalına hücum edib:
“Bu, binaya ciddi maddi ziyan vurub və bir neçə nəfərin yaralanmasına səbəb olub. Yaralananlara zəruri tibbi yardım göstərilib”.
Hava limanından uçuşlar təxirə salınıb, təyyarələr alternativ hava limanlarına yönləndirilir.
Küveyt Müdafiə Nazirliyi çərşənbəyə keçən gecə ölkə ərazisinə raket və pilotsuz uçuş aparatları ilə edilən hücumların dəf edildiyini açıqlayıb.