İran orbitə raket-daşıyıcı buraxdı:  ilk dəfə qatı yanacaqdan istifadə edilib
02 fevral 2021 08:10 (UTC +04:00)

İran orbitə raket-daşıyıcı buraxdı: ilk dəfə qatı yanacaqdan istifadə edilib

İran İslam Respublikası orbitə yeni raket-daşıyıcı qurğu buraxıb.

APA xəbər verir ki, bu barədə İranın Müdafiə Nazirliyi məlumat yayıb.

“Zülcanax” adlandırılan qurğu İran raketləri arasında ən güclü qatı yanacaq mühərrikinə malikdir.

“Raket daşıyıcısını işə salmaq üçün qatı yanacaqdan ilk dəfə istifadə edilib. Bu raket aparatı 220 kq ağırlığında bir peyki 500 kilometr hündürlüyə atma qabiliyyətinə malikdir”, - məlumatda bildirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1668
avatar

Oxşar yazılar