Ötən həftə ögey qızından ikinci övladının dünyaya gəldiyini açıqlayan İlon Maskın atası Errol Mask bu dəfə ona fərqli təklif olunduğunu deyib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 76 yaşlı Errol Mask ondan Cənubi Amerikalı qadınlara sperma bağışlaması istənilib.
"Yuxarı təbəqədən olan qadınların hamilə qalması üçün məndən sperma bağışlamağımı istəyən bir şirkət var" – o qeyd edib.
O deyir ki, dünyanın ən zəngin insanı edən dahi genlər olduğu üçün Kolumbiyadakı bir şirkətdən sperma verməsi üçün təklif alıb.
Oğlu və üç fərqli qadından olan yeddi uşaq atası olan Errol Musk, ondan sperma bağışlamasını istəyən şirkətin də birinci dərəcəli səyahət, beş ulduzlu oteldə yerləşmə və bənzər imkanlar təklif etdiyini söylədi.