Hökumət planı təsdiqləndi: bu ölkədə 20 mindən çox ayı  tutulacaq
28 mart 2026 18:11 (UTC +04:00)

Hökumət planı təsdiqləndi: bu ölkədə 20 mindən çox ayı tutulacaq

0

Yaponiya hökuməti ayıların vurduğu ziyanın azaldılması üçün 2030-cu ilə qədər olan mübarizə planını təsdiqləyib.

Lent.az xəbər verir ki, “Okinawa Times” nəşrinin məlumatına görə, heyvanların sayını azaltmaq məqsədilə tutulacaq ayıların sayı və hədəf göstəricilər müəyyən edilib.

Tohoku regionunda 3 800, Çubu bölgəsində 3 500, Kinki və Çuquku regionlarında 900, Kanto bölgəsində isə 600 ayının tutulması planlaşdırılır. Hokkaydo üçün isə yerli hakimiyyət orqanları tərəfindən 2025–2034-cü illər ərzində 12 540 ayının tutulması hədəfi müəyyən edilib.

Əgər bu temp saxlanılarsa, 2030-cu ilə qədər insanlara hücumların ən çox qeydə alındığı Tohoku, Kanto, Çubu və Hokkaydo regionlarında ayıların sayı hazırkı səviyyənin təxminən 65 faizinə qədər azalacaq. Ziyanın nisbətən az olduğu Kinki və Çuquku bölgələrində isə əsas məqsəd heyvanların sayının artmasının qarşısını almaqdır. Burada illik təbii artım göstəricisi əsas götürülür.

Plana əsasən, ayıların tutulması ilə məşğul olan yerli qurum əməkdaşlarının sayı üç dəfə artırılaraq 2 500 nəfərə çatdırılmalıdır. Tədbirlər çərçivəsində 10 min ədəd qəfəs-tələ və 20 min ədəd qorxuducu sprey balonundan da istifadə olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 310

Oxşar yazılar