Üçüncü reyx füreri Adolf Hitlerin hamam otağından oğurlanmış şəxsi unitazının oturacağı ABŞ-da 18 min dollardan baha qiymətə satılıb.
Lent.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
“Alexander Auctions” hərrac evinin əməkdaşları satışı başlanğıc qiymət kimi 5 min dollardan başlayıb və 15 min dollara satmağı güman edirdilər. Lakin sonda adı açıqlanmayan bir alıcı qapaqlı taxta tualet oturacağı üçün 18 750 dollar təklif edərək qalib gəlib.
İnteryer predmeti 1945-ci ilin mayında Alplardakı Berqhof iqamətgahından Fransa ordusu ilə birlikdə Hitlerin evində olan əsgərlərdən biri Raqnvald Borx tərəfindən aparılıb. Əşya satışa həmin əsgərin oğlu tərəfindən çıxarılıb.
Qeyd edək ki, iqamətgah bombardman zamanı ciddi zərər görsə də, əsgərlər bir çox əşyanı oradan xatirə olaraq oradan götürməyi bacarıb. Borx isə oturacaqdan əlavə, malikanədən bir neçə yağlı boya ilə çəkilmiş rəsmləri də oğurlayıb.