Hərbi prokuror suda boğulub öldü
15 oktyabr 2025 18:35 (UTC +04:00)

Hərbi prokuror suda boğulub öldü

0

Rusiyanın Xabarovsk hərbi prokurorluğunun əməkdaşı Taylandın məşhur Pxuket adasında dənizdə çimərkən boğularaq ölüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, 14 oktyabr axşam saatlarında 37 yaşlı qadın həyat yoldaşı və oğlu ilə birlikdə dənizə çimməyə gedib. Bir anda qadın su eynəyini taxaraq balıqları seyr etmək üçün suya dalmaq istəyib. Əri buna qarşı çıxıb, çünki dalğalar çox sərt olub. Lakin qadın yenə də suya girib və az sonra dənizin dibinə çəkilib.

Xilasetmə xidməti onun cəsədini sonradan sudan çıxarıb. Hazırda ailə cəsədin Rusiyaya gətirilməsi ilə bağlı danışıqlar aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 517

Oxşar yazılar