Qəribə hadisə Havay adalarında baş verib.
Lent.az-ın xəbərinə görə, okean sahilində toy mərasimi zamanı qəflətən hava dəyişib, böyük dalğa əmələ gəlib.
Nəhəng dalğa sahildəki qoruyucu divarı aşaraq bir neçə nəfərə yüngül xəsarət yetirib, stolları aşırıb. 500 dollarlıq tort da yararsız hala düşüb. Dəvət olunanlar məyus halda məclisi tərk edib.