Türkiyədə dəhşətli hadisə baş verib.
Lent.az xəbər verir ki, sosial şəbəkələrdə ağ geyimdə 6 yaşlı H.K.G. adlı qızcığazın 29 yaşlı bir kişi ilə birgə şəkilləri yayılıb. Bu biabırçı görüntülərə reaksiya verənlərin çoxu isə millət vəkilləri, məşhur simalar və jurnalistlərdir.
Hadisəni ilk dəfə üzə çıxaran yazar Timur Soykan bildirib ki, Hiranur adlı vəqfin qurucusu Yusuf Ziya Gümüşel öz qızını kəbinli nikah altında cinsi istismara məruz qoyub.
Yayılan fotolarda 6 yaşlı qıza gəlinlik geyindirilib və 29 yaşlı Kadir İstekli ilə yan-yana əyləşib. Bu skandala reaksiya verən Ailə və Sosial Xidmətlər Nazirliyi açıqlamasında məsələni nəzarətə götürdüklərini qeyd edib.
Sosial şəbəkə istifadəçiləri “Bu, təcavüzdür, zülmdür. Günahkarlar mütləq cəzalanmalıdır”, “pedofiliya ilə məşğul olanlar cəzasız qalmasın”, “sonuna qədər ədalət axtaran qızcığazın yanındayıq” və s. kimi şərhlər yazaraq, ardı-arası kəsilməyən paylaşımları davam etdirirlər.