Ötən gün Haitidə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 304-ə yüksəlib.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki müdafiə idarəsi məlumat yayıb.
Təxminən, 1800 nəfərin yaralandığı bildirilir.
Qeyd edək ki, hökumət ölkədə bir aylıq fövqəladə vəziyyət tətbiq edib.
***
14 avqust, saat 23:52
Ötən gün Haitidə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 227-yə yüksəlib.
APA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki müdafiə idarəsi məlumat yayıb.
Qeyd edək ki, avqustun 14-də Haitidə 7,2 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar bir neçə dəfə təkrarlanıb.
Zəlzələnin episentri Seynt-Luis-du-Sud şəhərinin 12 km şimal-şərqdə 13 km dərinlikdə yerləşib.
Sunami təhlükəsi barədə xəbərdarlıq olunub.