Ekvadorun qərbində hüquq-mühafizə orqanlarına qarşı gün ərzində 12 terror aktı həyata keçirilib.
Lent.az xəbər verir ki, bu barədə ölkə prezidenti Qilermo Lasso məlumat verib.
Dövlət başçısı terror aktlarında 2 polisin həlak olduğunu, həbsxanalardan birində isə qiyam zamanı 7 nəzarətçinin girov götürüldüyünü bildirib.
Qilermo Lasso terror aktlarına görə ABŞ-a planlaşdırılan səfərini təxirə salıb.