Fransanın paytaxtı Parisin şərqində yüngül mühərrikli təyyarənin düşməsi nəticəsində 4 nəfər ölüb.
APA bildirir ki, bu barədə “Frans-Press” agentliyi yerli yanğınsöndürmə idarəsinə istinadən xəbər verib.
Təyyarənin Saint-Patu kommunasının yaxınlığındakı tarlada qəzaya düşdüyü bildirilir.
Agentliyin verdiyi məlumata görə, təyyarə təlim uçuşunda olub.
Hadisənin səbəbləri araşdırılır.