Fici adalarında zəlzələ: 7.2 bal
02 oktyabr 2021 12:49 (UTC +04:00)

Fici adalarında zəlzələ: 7.2 bal

0

 

Fici arxipelaqı yaxınlığında 7,2 bal gücündə zəlzələ qeydə alınıb.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Bildirilib ki, zəlzələnin ocağı 487 km dərinlikdə, episentri isə Suvadan 481.7 km cənub-qərbdə yerləşib.

Sunami barədə xəbərdarlıq yoxdur.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1590

Oxşar yazılar