Etirazları yatırmaq üçün Təbrizə girən SEPAH terrorçuları belə qaçdılar  - VİDEO
16 noyabr 2022 09:38 (UTC +04:00)

Etirazları yatırmaq üçün Təbrizə girən SEPAH terrorçuları belə qaçdılar - VİDEO

İranda artıq 62 gündür ki, etiraz aksiyaları davam edir.

Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, etirazlar Cənubi Azərbaycanın şəhərlərində də geniş vüsət alıb. Burada insanlar küçələrə axışır və müxtəlif azadlıq şüarları səsləndirirlər.

Azərbaycanın qədimdən bəri ideoloji mərkəzi olan Təbriz isə aksiyaların xüsusilə, gücləndiyi şəhərlərdəndir. Dünən axşam isə SEPAH terrorçuları etirazları yatırmaq üçün Təbrizə daxil olublar. Ancaq onlar burada çox tab gətirə bilməyiblər. Belə ki, qəzəbli aksiyaçılar onları şəhərdən qovublar. SEPAH terrorçuları Təbriz şəhərindən qaçması görüntüləri sosial şəbəkələrdə böyük marağa səbəb olub və etirazçları ruhlandırıb.

SEPAH terroçurlarının Təbrizə daxil olduğu və oradan qaçdığı görüntüləri təqdim edirik:

SEPAH-ın Təbrizə girişi

SEPAH terrorçularının Təbrizdən qaçışı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2274
avatar

Oxşar yazılar