Oktyabrın 20-də Ermənistanda ağır yol qəzası baş verib.
Lent.az Ermənistan mediasına istinadla istinadla bildirir ki, hadisə bu gün səhər saat 7 radələrində Yerevan-Gümrü yolunda qeydə alınıb. “QAZel” markalı sərnişin avtobusu yoldan çıxıb, beton hasarla toqquşub, bir neçə dəfə çevrilib və torpaq əraziyə düşüb.
Nəticədə 5 nəfər ölüb, 12 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.